"International" BOKT-un istiqrazları üzrə növbəti hərracın tarixi açıqlanıb

Maliyyə
  • 16 noyabr, 2024
  • 11:25
International BOKT-un istiqrazları üzrə növbəti hərracın tarixi açıqlanıb

Noyabrın 18-də "Bakı Fond Birjası" QSC-də (BFB) "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) 750 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 750 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızların yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirikəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi