“İnternational” BOKT-un istiqrazları listinqə daxil edilib
- 09 sentyabr, 2022
- 07:49
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “İnternational” QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
Hərracın tarixi azı 2 iş günü əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.