“İdeal Kredit” BOKT-un xalis mənfəəti 55 % artıb
- 28 aprel, 2022
- 05:04
Yeniliklərdən dərhal xəbərdar olun!
“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 646 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 55,3 % çoxdur.
Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 808 min manat (əvvəlki ilə nisbətən 55,4 % çox), mənfəət vergisi ödəmələri isə 162 min manat (55,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 5,705 milyon manat olub ki, bu da illik müqayisədə 22,8 % çoxdur. Bunun 5,221 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 40,8 % böyüyüb.
Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 14,5 % artaraq 3,274 milyon manata, balans kapitalı isə 36,2 % artaraq 2,431 milyon manata çatıb.
Xatırladaq ki, “İdeal Kredit” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.