"İcraçı Kredit Agentliyi” BOKT-un istiqrazlarına 5 investor maraq göstərib
- 08 aprel, 2024
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) 99 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 200 manat olan 495 ədəd istiqraz standard bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 5 investor 58 min manatlıq 5 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.