İcbari Tibbi Sığorta Fondunun yarımillik gəlir və xərcləri açıqlanıb

Maliyyə
  • 01 avqust, 2023
  • 09:29
İcbari Tibbi Sığorta Fondunun yarımillik gəlir və xərcləri açıqlanıb

Bu ilin yanvar-iyun aylarında İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1 milyard 159,4 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyini açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Hesabat dövründə Fondun büdcəsinin xərcləri 786,9 milyon manat olub.