Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində 9 vəzifəli şəxs işdən azad olunub

Maliyyə
  • 10 may, 2018
  • 11:11
Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində 9 vəzifəli şəxs işdən azad olunub
Hesablama Palatası
Report

Bakı. 10 may. REPORT.AZ/ Hesablama Palatasının 2017-ci ildə sona çatdırılmış nəzarət tədbirləri üzrə nöqsanlara yol vermiş 258 nəfər vəzifəli şəxsə qarşı müxtəlif intizam tədbirləri tətbiq olunub.

“Report” bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqqında hesabata istinadən xəbər verir. 

Onlardan 9 nəfəri işdən azad olunub, 14 nəfərinə şiddətli töhmət və 138 nəfərinə töhmət verilib, 8 nəfərə ciddi xəbərdarlıq edilib.