Gürcüstanda iqtisadi artım tempi azalıb
Maliyyə
- 31 oktyabr, 2016
- 15:36
Bakı. 31 oktyabr. REPORT.AZ/ Gürcüstanda bu ilin sentyabr ayında iqtisadi artım ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çox olub.
"Report" xəbər verir ki, bu barədə qonşu ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Xatırladaq ki, avqust ayında bu göstərici 2,9% olub. İlin əvvəlindən bəri, 9 ay ərzində isə Gürcüstanın ümumi daxili məhsulu (ÜDM) 2,6% artıb. Bu rəqəm ötən ilin eyni dövründə 2,7% təşkil edib.
Gürcüstan hökuməti bu il iqtisadi artımın 3% təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2015-ci illə müqayisədə 2% bəndi çoxdur.
Hazırda Gürcüstanda dolların məzənnəsi milli valyutaya nəzərən 2,41 təşkil edir. Halbuki iyun ayında GEL/USD məzənnəsi 2,10-a bərabər olub. Başq sözlə, son 4 ayda gürcü larisi təqribən 15% ucuzlaşıb.
Son xəbərlər
05:34
Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə sazişi "çox sərfəli" adlandırıb
Digər ölkələr05:02
Lerik rayonunda zəlzələ baş verib
Hadisə04:57
"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
Region04:41
NYT: FES rəhbəri faiz dərəcəsi üzrə iclasların sayını azaltmaq istəyir
Digər ölkələr04:27
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib, üç nəfər həlak olub
Digər ölkələr03:53
"CBS News": ABŞ və İsrail İranın enerji obyektlərinə zərbələr endirməyə hazırlaşır
Digər ölkələr03:29
NYP: FIFA dünya çempionatının hüquqlarının bir hissəsini satmaq ideyasından imtina edib
Futbol02:45
CENTCOM: ABŞ blokadaya görə 30 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr02:23