Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb

Futbol
  • 08 noyabr, 2026
  • 15:27
Şahrudin Məhəmmədəliyev Qarabağda 100-cü Premyer Liqa oyununa çıxıb

"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində 100-cü Premyer Liqa matçına çıxıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Onun yubileyi "Turan Tovuz"la ev oyununa təsadüf edib. Misli Premyer Liqasının XI turunda qolkiperin komandası 0:1 hesabı ilə uduzub.

O, "Qarabağ"da 2016/2017 mövsümündə debüt edib. Şahrudin 11 mövsümdə 54 qol buraxıb.

Qeyd edək ki, Məhəmədəliyev turnirin tarixində eyni komandada 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.