İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

Digər ölkələr
  • 08 noyabr, 2026
  • 15:19
İraqda Kətaib Hizbullah liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib.

"Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərəc əl-Həmidavi barəsindədir.

Orderə əsasən, əl-Həmidavi ölkənin təhlükəsizliyini və sabitliyini pozmaq, vətəndaşları qorxutmaq, habelə onların həyatına, azadlığına və əmlakına təhlükə yaratmaq məqsədilə zorakılıq, hədə-qorxudan istifadə edən silahlı qruplaşmaya rəhbərlik etməkdə ittiham olunur.

44 filmi