Gələn il Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq

Maliyyə
  • 29 sentyabr, 2017
  • 10:58
Gələn il Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiya federal büdcəsinin gəlirləri 15,26 trln. rubl (təxminən, 263,8 mlrd. ABŞ dolları), xərcləri isə 16,53 trnl. rubl (285,7 mlrd. dollar) təşkil edəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Rəqəmlərə əsasən, gələn il büdcənin kəsiri 1,27 trln. rubl və yaxud, təxminən, 22 mlrd. dollar olacaq. Bundan əvvəl kəsirin 1,33 trln. rubl və yaxud, təxminən, 23 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılırdı.

2019-2020-ci illərdə isə bu rəqəmin müvafiq olaraq 819,1 mlrd. rubl (təxminən 14,2 mlrd. dollar) və 869,9 mlrd. rubl (təxminən, 15 mlrd. dollar) olacağı gözlənilir.