“Fintrend” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 30 may, 2025
- 19:26
“Fintrend” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 2,047 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 65,9 % çoxdur.
Ötən il “Fintrend”in vergiyəqədərki mənfəəti 2,19 milyon manat (əvvəlki ilə nisbətən 63,6 % çox), mənfəət vergisi ödəmələri isə 143 min manat (34,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Fintrend”in aktivləri 71,028 milyon manat olub ki, bu da illik müqayisədə 33,5 % çoxdur. Bunun 69,987 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 35,1 % böyüyüb.
Hesabat dövründə “Fintrend”in öhdəlikləri 21,9 % artaraq 62,831 milyon manata, balans kapitalı isə 4,9 dəfə artaraq 8,197 milyon manata, o cümlədən nizamnamə kapitalı 9,5 dəfə artaraq 5 milyon manata çatıb.
Xatırladaq ki, “Fintrend” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri 95 %-lik payla "Pro Trade Logistics DMCC" şirkəti və 5 %-lik payla Sahib Əliyevdir.