“Finoko” BOKT manatda və dollarda istiqraz buraxmaq istəyir

Maliyyə
  • 30 sentyabr, 2019
  • 12:58
“Finoko” BOKT manatda və dollarda istiqraz buraxmaq istəyir

Oktyabrın 28-də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq BOKT-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Finoko”nun Azərbaycan manatı və ABŞ dollarında istiqazlarının, eləcə də yeni səhmlərinin emissiya edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Hazırda onun nizamnamə kapitalı 4,855 milyon manatdır. BOKT-nin səhmdarları hər biri 50%-lik payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

44 - Tezliklə