"FİNKA Azərbaycan" BOKT-un xalis mənfəəti 4 dəfə artıb
- 26 may, 2022
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 2,611 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,9 dəfə çoxdur.
Ötən il "FİNKA Azərbaycan"ın vergiyəqədərki mənfəəti 2,58 milyon manat (illik müqayisədə 3,5 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 31 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "FİNKA Azərbaycan"ın aktivləri 35,872 milyon manat olub ki, bu da illik müqayisədə 36,9% çoxdur. Bunun 29,065 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 62 % böyüyüb.
Hesabat dövründə "FİNKA Azərbaycan"ın öhdəlikləri 90,9 % artaraq 20,429 milyon manata çatıb, balans kapitalı isə 0,4 % azalaraq 15,443 milyon manata düşüb.
Xatırladaq ki, "FİNKA Azərbaycan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. BOKT-un təsisçisi 100%-lik payla "FINCA International"dır.