“Finex Kredit” BOKT-un səhmdarlarından biri payını satıb
- 01 iyun, 2022
- 12:56
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) adi səhmlərinin 6,75%-nə nəzarət edən Tahir Namazov payını satıb.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, onun payını Rövşən Məmmədov alıb.
BOKT-un adi səhmlərinin qalan hissəsi əvvəlki qaydada Şəlalə Tağıyevaya (18,95%), Ramina Allahverdiyevaya (18,25%), Azad Cəbrayılova (15,63%), Mobil Şərifova (14,83%), Tokay Şıxəlizadəyə (14,08%), Tofiq Cəfərova (4,63%), Azər Hacıyevə (3,25%), Gülnarə Tağıyevaya (2,03%) və Sevil Hidayətovaya (1,63%) məxsusdur.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır.
BOKT-un əlavə olaraq 200 min manatlıq imtiyazlı səhmləri də var. Onlar isə İlahə Zeynalovaya məxsusdur.