"Finans Kredit" BOKT-un xalis mənfəəti 13 % azalıb
- 23 may, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 40 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 13 % azdır.
Ötən il "Finans Kredit"in vergiyəqədərki mənfəəti 50 min manat (əvvəlki ilə nisbətən 2 % çox), mənfəət vergisi ödəmələri isə 10 min manat (5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Finans Kredit"in aktivləri 2,494 milyon manat olub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur. Bunun 2,074 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 3,2 dəfə böyüyüb.
Hesabat tarixinə "Finans Kredit"in öhdəlikləri 4,4 dəfə artaraq 2,153 milyon manata çatıb, balans kapitalı isə 1,7 % azalaraq 340 min manata düşüb.
Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.