"Finans Kredit" BOKT-un öhdəlikləri 13 %-ə yaxın artıb

Maliyyə
  • 29 may, 2024
  • 09:26
Finans Kredit BOKT-un öhdəlikləri 13 %-ə yaxın artıb

"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 212 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 5,3 dəfə çoxdur.

Ötən il "Finans Kredit"in vergiyəqədərki mənfəəti 265 min manat (əvvəlki ilə nisbətən 5,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 53 min manat (5,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Finans Kredit"in aktivləri 3,133 milyon manat olub ki, bu da illik müqayisədə 25,6 % çoxdur. Bunun 2,747 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 32,4 % böyüyüb.

Hesabat dövründə "Finans Kredit"in öhdəlikləri 12,7 % artaraq 2,426 milyon manata, balans kapitalı isə 2,1 dəfə artaraq 707 min manata, o cümlədən nizamnamə kapitalı 47,3 % artaraq 442 min manata çatıb.

Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur.