Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb

Komanda
  • 15 oktyabr, 2026
  • 20:38
Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının - EEVZA) hazırlığı Qubada davam etdirir.

"Report" xəbər verir ki, yığma təlim-məşq toplanışı çərçivəsində "Milli Aviasiya Akademiyası"nın gənc qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib.

Görüş millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-20 yığmasının hazırlıq prosesi oktyabrın 19-dək davam edəcək.