“Finans İnvest” BOKT-un zərəri 39 % artıb

Maliyyə
  • 03 iyul, 2023
  • 05:50
“Finans İnvest” BOKT-un zərəri 39 % artıb

“Finans İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 0,111 milyon manat zərərlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 38,8 % çoxdur.

Bu il yanvarın 1-nə “Finans İnvest”in aktivləri 1,51 milyon manat olub ki, bu da illik müqayisədə 13,5 % azdır. Bunun 1,252 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 16,6 % kiçilib.

Hesabat dövründə “Finans İnvest”in öhdəlikləri 22,7 % azalaraq 0,395 milyon manata, balans kapitalı isə 9,6 % azalaraq 1,116 milyon manata düşüb.

Xatırladaq ki, “Finans İnvest" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.