“Finans İnvest” BOKT-un zərəri 25 % artıb
Maliyyə
- 03 iyun, 2024
- 10:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Finans İnvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 139 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 25,2 % çoxdur.
Bu il yanvarın 1-nə “Finans İnvest”in aktivləri 1,316 milyon manat olub ki, bu da illik müqayisədə 12,8% azdır. Bunun 1,067 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 14,8 % kiçilib.
Hesabat dövründə “Finans İnvest”in öhdəlikləri 35,7 % azalaraq 254 min manat, balans kapitalı isə 4,9 % azalaraq 1,061 milyon manat, o cümlədən nizamnamə kapitalı 10 % artaraq 330 min manat olub.
Xatırladaq ki, “Finans İnvest" 2007-ci ildə yaradılıb.
Son xəbərlər
15:04
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 37 %-dən çox artıb
Maliyyə
15:02
Foto
Azərbaycan və Özbəkistan Mərkəzi Bankları qarşıda duran çağırışları müzakirə edib
Maliyyə
15:02
Yaylagül Ramazanova: "Azərbaycan Superkubokunda məqsədim qalib gəlməkdir"
Fərdi
15:01
Elbay Qasımzadə: Bakının tıxac problemi maşınların yox, düşüncəmizin problemidir – MÜSAHİBƏ
Mədəniyyət siyasəti
15:00
Azərbaycan turizmlə bağlı tədbirə ev sahibliyi edəcək
Turizm
14:59
Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb
Sənaye
14:58
Foto
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Xarici siyasət
14:49
400-ə yaxın alim süni intellektə nəzarət üzrə beynəlxalq orqan yaratmağa çağırış edib
Digər ölkələr
14:44
Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb
Futbol