Filippin rəsmisi: "Əsas vəzifə dövlət borcunun düzgün istifadə edilməsidir"

Maliyyə
  • 05 iyun, 2024
  • 07:47
Filippin rəsmisi: Əsas vəzifə dövlət borcunun düzgün istifadə edilməsidir

Hazırda hökumətlərin qarşısında duran əsas vəzifə dövlət borcunun düzgün istifadə edilməsidir.

"Report" xəbər verir ki, Filippinin Ali Audit qurumunun rəhbəri Qamaliel Kordoba Bakıda Hesablama Palatasının ev sahibliyi ilə keçirilən Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

"Bu tədbir dövlət borcunun auditi ilə bağlı beynəlxalq maliyyə təşkilatlarının və müxtəlif dövlətlərin təcrübəsinin öyrənilməsi baxımından önəmlidir. INTOSAI-nin hər bir üzvü ən uğurlu təcrübəsini paylaşır. Bu isə digər ölkələrə dövlət borcunun doğru idarə edilməsində üst səviyyə təcrübələrdən yararlanmaq imkanı verir", - deyə o qeyd edib.

"Son illər qlobal səviyyədə dövlət borcları artmaqda davam edir. Buna təsir edən əsas amillərdən biri də pandemiya olub", - deyə Filippin rəsmisi əlavə edib.