"Expressbank"ın rəhbərliyinə yeni təyinatlar olacaq
- 24 may, 2017
- 05:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 may. REPORT.AZ/ İyunun 26-da, saat 15:00-da "Expressbank" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
Bu barədə "Report" Banka istinadən xəbər verir.
Məlumata görə, yığıncaq "Expressbank"ın Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134 c ünvanındakı baş ofisində olacaq. Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasına yeni üzvlərin seçilməsi məsələsi daxildir.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur.