“Embafinans” BOKT-un istiqrazlarına 4 investor maraq göstərib

Maliyyə
  • 10 mart, 2025
  • 17:05
“Embafinans” BOKT-un istiqrazlarına 4 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd istiqraza 4 investor 2 milyon manatlıq 4 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 - Tezliklə