"Embafinans” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 27 fevral, 2024
  • 05:46
Embafinans” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Martın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) 1,5 milyon manatlıq dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 1 500 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.