"Embafinans" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 26 may, 2026
- 18:06
Yeniliklərdən dərhal xəbərdar olun!
"Embafinans" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 8,126 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,7 % çoxdur.
Ötən il "Embafinans"ın vergiyəqədərki mənfəəti 10,167 milyon manat (əvvəlki ilə nisbətən 12,8 % çox), mənfəət vergisi ödəmələri isə 2,04 milyon manat (13,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Embafinans"ın aktivləri 85,702 milyon manat olub ki, bu da illik müqayisədə 22,4 % çoxdur. Bunun 78,34 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 26,4 % böyüyüb.
Hesabat dövründə "Embafinans"ın öhdəlikləri 24 % artaraq 54,774 milyon manata, balans kapitalı isə 19,9 % artaraq 30,928 milyon manata çatıb.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 86 %-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.