Elman Eminov: "Azərbaycan inflyasiyanı müxtəlif istiqamətli amillərin balansı hesabına 6 % saxlayır"
- 06 oktyabr, 2026
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Enerji resurslarının qiymətlərinin yüksək olaraq qalması ilə əlaqədar Azərbaycanda müşahidə olunan cari əməliyyatlar hesabının yüksək profisiti avtomatik olaraq dövlət ehtiyatlarının mütənasib artımına gətirib çıxarmır.
"Report" xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş iqtisadçısı Elman Eminov Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.
"Hazırda biz cari əməliyyatlar hesabının əhəmiyyətli profisiti ilə ehtiyatların artırılması templəri arasında müəyyən fərq qeydə alırıq. Enerji daşıyıcılarının yüksək dəyəri bu profisitin avtomatik olaraq ölkənin qızıl-valyuta ehtiyatlarına çevrilməsinə gətirib çıxarmır", - E. Eminov vurğulayıb.
İqtisadçı qeyd edib, yüksək enerji qiymətlərinin hazırkı mərhələsinin prinsipial xüsusiyyəti inflyasiya proseslərinin spesifikasıdır: "Əgər əvvəlki müqayisəli dövrlərdə inflyasiyanın əhəmiyyətli dərəcədə sürətlənməsi müşahidə olunurdusa, hazırkı şəraitdə inflyasiya təzyiqi mülayim olaraq qalır. Bir tərəfdən, enerji resursları üzrə yüksək qlobal kotirovkaları idxal olunan malların dəyərinə təzyiq göstərir, digər tərəfdən isə qeyri-neft sektorunda artım dinamikasının zəifləməsi ləngidici amil kimi çıxış edir. Nəticə etibarilə qeyd olunan amillər bir-birinin təsirini neytrallaşdıraraq inflyasiyanı 6 % həddində saxlayır".