Əliyar Məmmədyarov: "Sığorta sektorunda yeni prioritetlər müəyyə edilib"
- 14 sentyabr, 2025
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan sığorta sektorunda əldə olunan müsbət nəticələrə baxmayaraq, qarşıda hələ də bir sıra mühüm prioritetlər və çağırışlar mövcuddur.
"Report"un Şuşaya ezam olunmuş müxbirinin verrdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə əsas prioritetlərə Solvency II standartlarına uyğun riskəsaslı prudensial tənzimləmənin yekunlaşdırılması, aqrar sığorta sisteminin təkmilləşdirilməsi və sığorta vasitəçiliyi institutunun inkişafı daxildir.
"Bundan əlavə, rəqəmsallaşmanın sürətləndirilməsi, istehlakçı hüquqlarının qorunması və dəyişən tələblərə uyğun könüllü sığorta xidmətlərinin genişləndirilməsi də diqqət mərkəzindədir", - Ə. Məmmədyarov əlavə edib.