"Ekolizinq" 250 min dollarlıq istiqraz buraxır

Maliyyə
  • 04 aprel, 2025
  • 12:00
Ekolizinq 250 min dollarlıq istiqraz buraxır

"Ekolizinq" MMC "Bakı Fond Birjası" QSC-də (BFB) 250 min ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 250 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 26 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri alması nəzərdə tutulmayıb.