“Effektinvest”in istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 13 may, 2024
  • 12:41
“Effektinvest”in istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 15-də "Bakı Fond Birjası" QSC-də (BFB) “Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.