"Black Sea Energy"nin TİƏ-si oktyabrın 22-də Bakıda təqdim ediləcək
- 21 oktyabr, 2026
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi" (Black Sea Energy) layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) oktyabrın 22-də Bakıda təqdim olunacaq.
"Report" xəbər verir ki, bu barədə Avropa İnvestisiya Bankı (EIB) Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita Bakıda keçirilən Avopa İttifaqı-Azərbaycan biznes forumunda bildirib.
"Sabah Xəzər dənizi – Qara dəniz Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının təqdimatı keçiriləcək və biz orada iştirak edəcəyik", - o qeyd edib.
Renita əlavə edib ki, EIB Qara dənizin rəqəmsal infrastrukturu və Naxçıvanda dəmir yolunun tikintisi də daxil olmaqla, bağlantıların inkişafına yönəlmiş digər layihələri də araşdırır.