EBRD regional iqtisadi artımla bağlı riskləri açıqlayıb

Maliyyə
  • 16 fevral, 2023
  • 12:07
EBRD regional iqtisadi artımla bağlı riskləri açıqlayıb

Şərqi Avropa və Qafqaz regionu Rusiya-Ukrayna müharibəsi səbəbindən qısa müddətdə böyük qeyri-müəyyənliklə üzləşib.

“Report” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Regional İqtisadi Perspektivlər” hesabatında bəyan edib.

"Bütün region təkcə Ukraynada uzun sürən müharibəyə deyil, həm də Ermənistan və Azərbaycan arasındakı gərginliyə çox həssas olaraq qalır və bu, inkişafla bağlı riskləri saxlayır.

Ukraynadakı vəziyyətə görə bu il regionda real istehsalın 2021-ci ildəki səviyyənin təxminən 70 %-də sabitləşəcəyi ehtimal edilir.

Moldovada real gəlirlərin aşağı düşməsi və davamlı enerji fasilələri 2022-ci illə müqayisədə daha yumşaq olsa da, ardıcıl ikinci il də istehsalın azalmasına səbəb olacaq.

2022-ci ildə Qafqazda mövcud olan fövqəladə artım amillərinin bu il aradan qalxacağı, region ölkələrində artım templərinin ortamüddətli potensiala yaxınlaşacağı gözlənilir.

İnflyasiya yavaşlamağa davam edəcək, lakin bütün regionda yüksək səviyyədə qalacaq.

2024-cü yaxşılaşan qlobal iqtisadi perspektivlər, Qafqazda iqtisadi fəallığı dəstəkləyəcək.

Bununla belə, Ukrayna iqtisadiyyatı müharibə dövrü qiymətləndirilmələrindən ciddi şəkildə təsirlənməyə davam edəcək.

Regional stratejik dəyişiklik olmasa, 2024-cü ildə Ukraynada ÜDM-in artımının az, ancaq ən azı müsbət olacağı gözlənilir.

Bölgədə inflyasiya, xüsusilə normallaşma yolunun uzun olduğu Ukrayna və Moldovada hədəf dərəcələrin üzərində qala bilər", - deyə sənəddə qeyd olunub.