Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair yeni göstəriciləri açıqlayıb

Maliyyə
  • 24 yanvar, 2022
  • 11:53
Dünya Bankı Azərbaycanda iqtisadi artıma dair yeni göstəriciləri açıqlayıb

2021-ci ilin noyabr ayında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2020-ci ilin noyabr ayı ilə müqayisədə 9,2% çox olub.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının "Azerbaıjan Monthly Economıc Update– January 2021" hesabatında bildirilir.

Xatırladaq ki, qurum oktyabrda sözügedən dinamikanın 5,8% olduğunu bəyan etmişdi.

Bundan başqa, hesabatda deyilir ki, ötən ilin yanvar-noyabr aylarında ölkənin ÜDM-nin dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 5,3% çox olub. Bu yanvar-oktyabr ayları ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.

"11 ay ərzində Azərbaycanın enerji sektoru üzrə 4,4%, qeyri-enerji sektoru isə 11,3% artım nümayiş etdirib", - deyə sənəddə qeyd olunub.

"Əlverişli xarici tələb və qiymətlərlə ötən ilin noyabr ayında neft hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% artıb (lakin 2019-cu ilin noyabr ayı səviyyəsindən 6% aşağı qalıb), qaz hasilatı isə illik müqayisədə 14,3% artıb. Qeyri-enerji sektorları arasında emal sənayesi (illik 30,8 %) güclü şəkildə artıb, eləcə də tikinti oktyabr ayındakı kəskin daralmadan sonra (illik 4,8 %) böyüməyə qayıdıb. Nəqliyyat (illik 26,1 %), qonaqlama (illik 47,2 %) və pərakəndə ticarətdə (illik 8,9 %) güclü artımla xidmətlər sektorunda canlanma sürətlənib. Bunun əksinə, kənd təsərrüfatında oktyabr ayında (6,2%) yaşanan kiçilmə tendensiyası noyabr ayında (0,7%) da davam edib. Kumulyativ olaraq, qeyri-enerji ÜDM-sinin artımı oktyabrın sonundakı 5,9 %-lə müqayisədə noyabr ayında illik müqayisədə 6,4%-ə çatıb. Oktyabrda 30,3% kiçilən investisiyalar noyabr ayında da illik 8,3 % kiçilib. Buna, özəl qeyri-enerji investisiyalarının kəskin azalması səbəb olub. Bunun əksinə, kredit və debet kartları ilə əməliyyatlar kimi yüksək tezlikli göstəricilərin əks etdirdiyi kimi istehlak noyabr ayında (aylıq müqayisədə 10% ) artmağa davam edib", - deyə Dünya Bankı bəyan edib.

44 filmi