Dövlət Statistika Komitəsi statistik vahidlərə müraciət edib

Maliyyə
  • 15 aprel, 2020
  • 10:21
Dövlət Statistika Komitəsi statistik vahidlərə müraciət edib
Dövlət Statistika Komitəsi
Report

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində xüsusi karantin rejimi dövründə Dövlət Statistika Komitəsinin əksər işçiləri əmək funksiyalarını evdə yerinə yetirirlər.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəsssisə və təşkilatlara müraciətində bildirilir.

Müraciətdə həmçinin deyilir ki, rəsmi statistika hesabatlarının təqdim edilməsi ilə bağlı yaranan suallar Komitənin rəsmi internet səhifəsində “Bizimlə əlaqə” bölməsinin “Dövlət Statistika Komitəsinin əməkdaşlarının e-poçt ünvanları” hissəsində göstərilmiş elektron poçt vasitəsi ilə ünvanlanmalıdır.