“Dərnəgülsənayetikinti”nin səhmləri bir qədər də bahalaşıb

Maliyyə
  • 28 mart, 2017
  • 13:35
“Dərnəgülsənayetikinti”nin səhmləri bir qədər də bahalaşıb

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Dərnəgülsənayetikinti” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, əqd müəssisənin 40 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

Nominal dəyəri 2 manat olan qiymətli kağızlar 56% baha - 3,12 manata realizə edilib. Halbuki bu il martın 15-də bağlanmış əqd nəticəsində “Dərnəgülsənayetikinti” 40 səhmi 2,60 manatdan alınıb-satılıb. Başqa sözlə, 2 həftə ərzində müəssisənin səhmləri 20% dəyər qazanıb. 

Xatırladaq ki, “Dərnəgülsənayetikinti” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 756 038 manatdır. 

44 - Tezliklə