"Caspian Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 01 iyun, 2026
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Caspian Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,285 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.
Ötən il "Caspian Finance"ın vergiyəqədərki mənfəəti 1,607 milyon manat (illik müqayisədə 3,4 dəfə çox), mənfəət vergisi ödəmələri 322 min manat (3,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Caspian Finance"ın aktivləri 18,274 milyon manat olub ki, bu da illik müqayisədə 97,1 % çoxdur. Bunun 14,159 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə BOKT-un kredit portfeli 60,1 % böyüyüb.
Hesabat dövründə "Caspian Finance"ın öhdəlikləri 2,05 dəfə artaraq 8,245 milyon manata, balans kapitalı isə 91,2 % artaraq 10,029 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 70 % artaraq 8,5 milyon manata çatıb.
Xatırladaq ki, "Caspian Finance" 2022-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 90 % payla Bənövşə Məmmədova, hər biri 5 % payla Məntiq Şahbazov və Ziyafət İsgəndərovadır.