“Brand Credit” BOKT-un xalis mənfəəti cüzi artıb
- 18 may, 2022
- 10:15
Yeniliklərdən dərhal xəbərdar olun!
“Brand Credit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 575 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 4,5 % çoxdur.
Ötən il “Brand Credit”in vergiyəqədərki mənfəəti 693 min manat (əvvəlki ilə nisbətən 14,3 % çox), mənfəət vergisi ödəmələri isə 118 min manat (2,1 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Brand Credit”in aktivləri 5,299 milyon manat olub ki, bu da illik müqayisədə 3 % çoxdur. Bunun 4,168 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 2,3 % kiçilib.
Hesabat dövründə “Brand Credit”in öhdəlikləri 4,5 % azalaraq 2,883 milyon manata düşüb, balans kapitalı isə 13,6 % artaraq 2,415 milyon manata çatıb.
Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,9 milyon manatdır. BOKT-un təsisçiləri 74,9% payla Yeganə Vəliyeva, 22,26% payla Əli Hüseynov və 2,84% payla Şəbnəm Vəliyevadır.