"Bank VTB (Azerbaijan)" paytaxtda daha bir filial açıb
- 31 oktyabr, 2016
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gündən etibarən Bakıda "Bank VTB (Azerbaijan)"ın “Gənclik” filialı fəaliyyətə başlayıb.
"Report"un banka istinadən verdiyi xəbərə görə, yeni ofis Atatürk prospekti 2 ünvanında, “Gənclik” metro stansiyasının yaxınlığında, “Gənclik Moll” ticarət mərkəzi ilə üzbəüz yerləşir.
"Bank VTB (Azerbaijan)"ın yeni bölməsində müştərilərə geniş çeşiddə bank məhsulları və xidmətlər təklif olunacaq. Fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilərlər.
Bankın bütün ofislərində olduğu kimi, 24-saatlıq Çağrı Mərkəzi “Gənclik” filialının da müştərilərinin xidmətindədir. Mərkəzin 986 (Azercell abunəçiləri üçün - 012 986) qısa nömrəsinə müştərilər istənilən vaxtı, o cümlədən qeyri-iş günlərində də müraciət edə bilərlər.
“Biz, bankın filial şəbəkəsinin optimallaşdırılması üzrə işləri davam etdiririk. Əsas məqsədimiz müştərilərə yaxın olmaq, onlara keyfiyyətli maliyyə xidmətləri göstərmək və maksimal şəkildə komfortlu şərait yaratmaqdır” - "Bank VTB (Azerbaijan)"ın İdarə Heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.