“Bank VTB (Azerbaijan)” “Gömrük kartı”nı təqdim edib
- 01 dekabr, 2017
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 dekabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC hüquqi şəxslər üçün bazara “Gömrük kartı” adlı məhsul çıxarıb.
“Report” Banka istinadən xəbər verir ki, kart gömrük-keçid məntəqələrində gömrük vergilərini və rüsumlarını ödəmək üçün nəzərdə tutulub.
“Gömrük kart”ı 2 və yaxud 3 il müddətinə buraxılır və onun qiyməti müvafiq olaraq 30 və yaxud 40 manatdır. Bir hesab üçün maksimum 3 kart buraxıla bilər.
Kartın üstünlüyü gömrük ödənişlərini şirkətin digər xərclərindən ayırmasına imkan verməsidir. Şirkətlər “VTB Online” internet-bankinq vasitəsi ilə kart üzrə gömrük əməliyyatlarını izləyə, eləcə də kart hesablarını pulsuz artıra bilər. Bundan başqa, müştərilər kart ilə həyata keçirilən gömrük əməliyyatları barədə çıxarış əldə edə bilər.
Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "Bank VTB24"ə (Rusiya), 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur.