“Azmikroinvest” BOKT ötən ili zərərlə başa vurub
- 16 may, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 12 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 101 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Azmikroinvest”in vergiyəqədərki zərəri 15 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri üzrə qənati isə 3 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,585 milyon manat olub ki, bu da illik müqayisədə 8,6 % azdır. Bunun 860 min manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 28 % kiçilib.
Hesabat dövründə “Azmikroinvest”in öhdəlikləri 18,2 % azalaraq 27 min manata, balans kapitalı isə 8,3 % azalaraq 1,559 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,9 % azalaraq 1,65 milyon manata düşüb.
Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçisi 100% İlqar Əhmədzadədir.