“Azkredit” BOKT nizamnamə kapitalını 2 dəfə artırır

Maliyyə
  • 24 yanvar, 2025
  • 07:10
“Azkredit” BOKT nizamnamə kapitalını 2 dəfə artırır

“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də 300 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 3 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, BOKT-un nizamnamə kapitalı 2 dəfə artaraq 300 min manatdan 600 min manata çatacaq.

Xatırladaq ki, “Azkredit” 2019-cu ildə yaradılıb. BOKT-un səhmdarı 100 % Mahir Məmmədovdur.

44 - Tezliklə