Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 2 % azaldıb
- 11 iyul, 2026
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 122,269 milyon ABŞ dolları dəyərində mal idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % azdır.
6 ay ərzində Azərbaycana ixrac Türkiyənin ümumi ixracının 0,9 %-ni təşkil edib.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 196,094 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,8 % çoxdur.
Yanvar-iyun aylarında Türkiyədən ən çox mal idxalını Almaniya 10 milyard 116,916 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,3 % çox), ABŞ 6 milyard 971,281 milyon ABŞ dolları (+10,5 %) və Birləşmiş Krallıq 6 milyard 849,366 milyon ABŞ dolları (+4,5 %) dəyərində həyata keçirib.
Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 4,6 % artaraq 119 milyard 044,514 milyon ABŞ dollarına, iyun ayında isə 23,7 % artaraq 21 milyard 804,505 milyon ABŞ dollarına çatıb.