Azərbaycanın lombard şirkəti daha 3 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 04 oktyabr, 2023
  • 12:37
Azərbaycanın lombard şirkəti daha 3 milyon manatlıq istiqraz buraxır

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin istiqrazlarının 425 min manatlıq hissəsi standart bazar seqmentində listinqə daxil edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.

Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.

12:12

Azərbaycanda daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) yeni istiqrazlarını yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 3 025 ədəd, yəni 3,025 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 254 635 manatdır. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

44 - Tezliklə