Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır

Maliyyə
  • 23 oktyabr, 2026
  • 09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 16 milyard 74,1 milyon manat müəyyən edilib.

"Report" bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,9 % azdır.

Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabı qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.

Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək.

44 filmi