Azərbaycan, Türkiyə və Özbəkistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Sosial müdafiə
  • 23 oktyabr, 2026
  • 14:26
Azərbaycan, Türkiyə və Özbəkistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Xankəndi şəhərində baş tutan "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forum çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.

"Report" xəbər verir ki, forum çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhanın görüşü olub.

İki nazirlik arasında əməkdaşlıq gündəliyi üzrə görülən işlər nəzərdən keçirilib, qarşılıqlı faydalı təcrübə və məlumat mübadilələrinin davamlı xarakter almasının əhəmiyyəti vurğulanıb.

Anar Əliyev Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev ilə də görüşüb.

Hər iki ölkədə sosial müdafiə sahəsində son illər həyata keçirilən islahatlardan, rəqəmsal xidmətlərin genişləndirilməsi, innovativ həllərin tətbiqi istiqamətində aparılan işlərdən bəhs olunub. Nazirlik ilə Agentlik arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı, fəal təcrübə mübadilələrinin həyata keçirildiyi bildirilib.

Görüş sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.

44 filmi