Azərbaycan və Özbəkistan maliyyə sektorunda qarşılıqlı təcrübə mübadiləsi aparıb

Maliyyə
  • 23 oktyabr, 2026
  • 14:22
Azərbaycan və Özbəkistan maliyyə sektorunda qarşılıqlı təcrübə mübadiləsi aparıb

Azərbaycan və Özbəkistan arasında maliyyə sektorunda qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, Özbəkistan Mərkəzi Bankının (ÖMB) nümayəndə heyəti AMB-də işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə özbək nümayəndə heyətinə risk əsaslı illik audit planı hazırlanması, keyfiyyətə nəzarət, proseslərin avtomatlaşdırılması, hesabatlılıq, audit tövsiyələrinin izlənməsi kimi mövzularda təqdimatlar keçirilib.

Görüşlər zamanı AMB-nin əməkdaşları qeyd olunan istiqamətlər üzrə institusional təcrübə və tətbiq olunan yanaşmalar barədə məlumat verib.

44 filmi