Azərbaycanın geoloji mühəndislik şirkətinin səhmlərinə 1 investor maraq göstərib

Maliyyə
  • 30 oktyabr, 2024
  • 11:08
Azərbaycanın geoloji mühəndislik şirkətinin səhmlərinə 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanın geoloji mühəndislik şirkəti - "Geoengineering” ASC-nin 90 000 manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 10 000 manat olan 9 ədəd səhm standard bazar seqmentində, abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 90 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Bununla da, şirkətin nizamnamə kapitalı 81,8 % artaraq 110 000 manatdan 200 000 manata çatıb.

Xatırladaq ki, "Geoengineering” 2008-ci ildə yaradılıb. Onun səhmdarı 100 % Arzu Zeylanovdur. Şirkətə onun oğlu Orxan Zeynallı rəhbərlik edir.

44 filmi