Azərbaycanın dövlət bankları kredit qoyuluşunu 13% artırıb

Maliyyə
  • 23 oktyabr, 2021
  • 13:17
Azərbaycanın dövlət bankları kredit qoyuluşunu 13% artırıb

Bu il oktyabrın 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 15 957,3 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,2 %, ilin əvvəlinə nisbətən 9,8 %, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 7,3 % çoxdur.

Kredit qoyuluşunun 12 560,5 milyon manatı və yaxud 78,7%-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 6 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 978,2 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12,7 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,8 %-dən 18,7 %-ə qalxıb.

Sentyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 418,6 milyon manat olub. Bu isə illik müqayisədə 11,2 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə dəyişməyərək 2,6 % qalıb.