Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Maliyyə
  • 25 dekabr, 2021
  • 11:59
Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb

Bu il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 16 milyard 700,6 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1 ilə müqayisədə 1,7 % çox, ilin əvvəli ilə müqayisədə 14,9 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % çoxdur.

Kredit qoyuluşunun 13 milyard 043,3 milyon manatı və yaxud 78,1 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 13,8 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 3 milyard 238,6 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 14 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 19,3 %-dən 19,4 %-ə qalxıb.

Noyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 418,6 milyon manat olub. Bu isə illik müqayisədə 11,2 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 %-dən 2,5 %-ə enib.

44 filmi