Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-mart, 2022)

Maliyyə
  • 04 aprel, 2022
  • 10:52
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-mart, 2022)

"Bakı Fond Birjası" QSC bu ilin yanvar-mart aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2 823 173 838 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.

Növbəti yerlərdə 1 831 415 352 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 1 391 828 652 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 715 410 961 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 551 477 760 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 291 734 693 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 265 799 028 manatla "BTB Kapital İnvestisiya Şirkəti" ASC, 68 994 875 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 34 166 286 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.

№

İnvestisiya şirkətləri

Əməliyyatların həcmi, AZN

1

Paşa Kapital

2 823 173 838

2

CPM-İnvest

1 831 415 352

3

ABB-İnvest

1 391 828 652

4

Unicapital

715 410 961

5

AzFinance

551 477 760

6

Xalq Kapital

291 734 693

7

BTB Kapital

265 799 028

8

PSG Kapital

68 994 875

9

İnvest-Az

34 166 286

10

MFX Trading

-