Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyul, 2022)
- 05 avqust, 2022
- 14:04
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-iyul ayında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" birjaya istinadən xəbər verir ki, renkinqə 4 milyard 990 milyon 114 min 642 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 3 milyard 160 milyon 756 612 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 1 milyard 899 milyon 162 min 496 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 928 milyon 853 min 629 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 899 milyon 293 min 697 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 480 milyon 737 min 452 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 374 milyon 308 min 475 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 120 milyon 097 min 046 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 49 milyon 472 min 476 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 4 990 114 642 |
| 2 | CPM-İnvest İnvestisiya Şirkəti | 3 160 756 612 |
| 3 | ABB-İnvest | 1 899 162 496 |
| 4 | Unicapital | 928 853 629 |
| 5 | AzFinance | 899 293 697 |
| 6 | BTB Kapital | 480 737 452 |
| 7 | Xalq Kapital | 374 308 475 |
| 8 | PSG Kapital | 120 097 046 |
| 9 | İnvest-Az | 49 472 476 |
| 10 | MFX Trading | - |