Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-fevral, 2025)
- 05 mart, 2025
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-fevral aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 8 222 290 704 manatlıq göstərici ilə "ABB-İnvest İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 7 049 781 283 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 1 558 034 424 manatla “Assist Finance İnvestisiya şirkəti” ASC, 626 711 595 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 600 152 831 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 434 362 926 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 403 058 231 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 188 082 379 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 118 525 864 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 118 525 864 manatla “Troni İnvestisiya Şirkəti” QSC, 21 498 648 manatla “PSG Kapital İnvestisiya Şirkəti" QSC və 7 615 686 manatla "MFX-Trading İnvestisiya Şirkəti” ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | ABB-İnvest | 8 222 290 704 |
| 2 | PAŞA Kapital | 7 049 781 283 |
| 3 | Assist Finance | 1 558 034 424 |
| 4 | CPM-İnvest | 626 711 595 |
| 5 | Xalq Kapital | 600 152 831 |
| 6 | Unicapital | 434 362 926 |
| 7 | İnvest-Az | 403 058 231 |
| 8 | Capital Partners | 188 082 379 |
| 9 | CFI Financial | 118 525 864 |
| 10 | Troni | 115 380 369 |
| 11 | PSG Kapital | 21 498 648 |
| 12 | MFX Trading | 7 615 686 |